2011- ci ilin yanvarında Nyu–Yorkda keçirilən Global İnfrastructure Leadership Forum – da, MMC “Marabda–Kartsaxi Dəmiryolu”nun həyata keçirdiyi “Polad İpəkyolu” layihəsinin də adı çəkildi. Dünya ekspertləri Bakı–Tbilisi–Qars dəmir yolunu dünya strateji layihələrindən biri sayaraq, onu dünyanın mühüm qlobal layihələri sırasına daxil etmişlər.  Nyu – Yorkda keçirilən forumda “Polad İpəkyolu”nun təqdimatı Gürcüstana həvalə olundu,  forumun üzvlərini ətraflı və detallar üzrə “Marabda–Karsaxi Dəmiryolu”nun direktoru Bidzina Breqadze tanış etdi. Bu layihənin məqsədi tez inkişaf edən qısa və ən sürətli alternativ yolların axtarışı, komunikasiyanın diversifikasiyası və enerji daşıyıcıların sabit ötürülməsindən ibarətdir.

Yeni İpəkyolu çərçivəsində  TRACECA-nın, həmçinin Bakı–Tbilisi–Ceyhan “Böyük Neftkəməri” və Bakı–Tbilisi–Ərzurum “Boyük Qazkəməri” magistralları fəaliyyət göstərir, bu da Xəzər – Qaradəniz bölgəsində iqtisadi gerçəkliyi vacib dərəcədə dəyişib, inkişafın yeni şəraitini yaradıb və yalnız bu bölgə ölkələrinin yox, həmçinin Avropanın enerji təhlükəsizliyini gücləndiribdir.

İndi ona həqiqətən Polad İpəkyolu adlandırılan Bakı–Tbilisi–Qars dəmiryolu magistralının layihəsi də əlavə olunubdur. O ən qısa marşrutla Çinlə və Mərkəzi Asya ölkələri ilə Avropanı, və əksinə, birləşdirir.

Global İnfrastructure Leadership Forum hər il keçirilir və strateji layihələr bazarı meydanı sayılır. Forumun məqsədi infrastrukturun 100 ən yaxşı qlobal layihəsini aşkar etməkdən ibarətdir. Layihələrin seçilməsi 9 ay ərzində, hər il, forumun müşavirlər şurasının, həmçinin dövlət və şəxsi sektor ekspertlərinin qiymətləndirməsi, onlarla məsləhətləşmələr əsasında keçirilir. Qeyd olunan forum nadir, dinamik və interaktiv strukturdur. O, bütün dünya miqyasında infrastrukturun rəqabətqabiliyyətli bazarının inkişafına imkan yaradır və forumun 20 illik təcrübəsinə əsaslanan inkişaf etmiş və inkişaf edən aləmin müxtəlif infrastruktur sahəsində dövlət və şəxsi bölmələrə xidmətə qayğı göstərir.